Mark Zukerberq 11 ildən sonra  İLK TVİTİNİ YAZDI
06 iyul 2023 14:52 (UTC +04:00)

Mark Zukerberq 11 ildən sonra İLK TVİTİNİ YAZDI

Amerikanın "Meta" şirkətinin rəhbəri Mark Zukerberq öz "Twitter" səhifəsində 11 il sonra ilk yazısını dərc edib. 

Lent.az xəbər verir ki, Zukerberq iki hörümçək adam personajının bir-birinə işarə etdiyi məşhur internet fotosunu yayıb.

Bu yazı "Threads" tətbiqinin işə salınmasından qısa müddət sonra yerləşdirilib. "Threads" tətbiqi "Twitter"in oxşarı kimi qələmə verilib.

İyunun 22-də "Meta"nın CEO-su Mark Zukerberq, "Meta"nın rəqib "Twitter" xidmətini işə salmaq niyyəti ilə bağlı şayiələr yayıldıqdan sonra "Twitter"in sahibi İlon Maskla mübahisəni dueldə həll etməyə razılaşıb. İş adamları döyüşü Las-Veqasda keçirməyi qərara alıblar. Lakin İlon Maskın anası Mey Mask daha sonra oğlunun Zukerberqlə döyüşünü ləğv etdiyini açıqlayıb. Bununla belə, UFC prezidenti Dana Uayt hesab edir ki, döyüş hələ də baş tutacaq və tarixdə ən populyar döyüşə çevriləcək.

# 2841
avatar

Fidan İlqar

Oxşar yazılar