“iPhone 14 Pro”   ilk dəfə təqdim edildi - VİDEO
27 may 2022 10:19 (UTC +04:00)

“iPhone 14 Pro” ilk dəfə təqdim edildi - VİDEO

“Apple” həvəskarlarının səbirsizliklə gözlədiyi “iPhone 14” haqqında məlumatlar gəlməyə davam edir. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk dəfə olaraq seriyanın Pro modeli təqdim olunub. 

Məlumata görə, yeni smartfon A16 bionik çiplə təchiz olunacaq. Model ilk baxışdan çıxıntılı görüntüsü ilə diqqət çəkir. Onun işığın zəif olduğu məkanlarda belə daha yaxşı şəkil çəkməsi planlaşdırılır. 48 meqapiksellik sensorlu əsas kameraya sahib olan yeni smartfonun gələcəkdə üçlü düzülüşə sahib olacağı gözlənilir. 

Qeyd edək ki, yeni “iPhone 14 Pro” modeli sentyabr ayında satışa çıxarılacaq. 


 

# 6006
avatar

Sevinc Fərid

Oxşar yazılar