“Instagram” da “Tiktok” kimi   olacaq
05 may 2022 09:41 (UTC +04:00)

“Instagram” da “Tiktok” kimi olacaq

“Instagram” sosial şəbəkəsi yeni funksiyasını təqdim edib. 

Lent.az xəbər verir ki, artıq ana səhifədə göstərilən paylaşımlar “Tiktok”dakı kimi görünəcək. 

Belə ki, səhifədə paylaşımlar tam ekran ölçüsündə olacaq. İstifadəçilər bundan sonra şaquli kontentləri görə biləcəklər. 

Məlumata görə, "Instagram"ın rəhbəri Adam Mosseri yeniliyin olacağını təsdiq edib və bu prosesin test mərhələsində olduğunu bildirib. 
 

# 3951
avatar

Sevinc Fərid

Oxşar yazılar