Hakerlər “iPhone” smartfonlarını  sındıra bilərmi?
02 aprel 2024 17:50 (UTC +04:00)

Hakerlər “iPhone” smartfonlarını sındıra bilərmi?

“iPhone”lar kibertəhlükələrdən yaxşı qorunur. Ancaq professional hakerlər hələ də onları müntəzəm olaraq sındıra bilirlər. 

Lent.az “Macworld”a istinadən xəbər verir ki, “Apple” smartfonları üçün zərərli proqram mövcuddur, lakin onu təsadüfən yükləmək mümkün deyil.

Bir qayda olaraq, elit hakerlər “iPhone”larda virusların yayılmasına cavabdehdirlər. Onlar bunu müxtəlif dövlətlərin yüksək rütbəli məmurlarına, onların ətrafına və digər nüfuzlu şəxslərə casusluq etmək məqsədi ilə edirlər. 

Məlumata görə, bu cür hücumların parlaq nümunəsi, İsrailin NSO Group şirkəti tərəfindən hazırlanmış “Pegasus” casus proqram virusu ilə “iPhone”ların yoluxması ilə bağlı silsilə qalmaqallardır.

“Biz aşkar etdik ki, iOS virusları nadirdir və onların meydana gəldiyi yerlərdə onlar adi “iPhone” istifadəçilərinə təsir etmir. Lakin bu o demək deyil ki, “Apple” smartfon istifadəçiləri diqqətli olmasınlar”, – “Macworld” portalında yazılıb.

Portal xəbərdarlıq edib ki, viruslardan fərqli olaraq, sadə insanlar üçün təhlükə yaradan bir çox ağıllı “iPhone” fişinq hücumları mövcuddur.
 

# 2103
avatar

Sevinc Fərid

Oxşar yazılar