Günəşdə 1 gündə 3 böyük partlayış - DÜNYADA RABİTƏ POZULDU
17 iyul 2023 00:58 (UTC +04:00)

Günəşdə 1 gündə 3 böyük partlayış - DÜNYADA RABİTƏ POZULDU

Bazar günü Günəşdə M sinfinə aid üç güclü partlayış qeydə alınıb. 

Lent.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun heliogeofizika xidməti məlumat yayıb.

İnstitutun məlumatına görə, partlayışlardan biri Yer kürəsində qısa dalğalı radiorabitənin pozulmasına səbəb olub.  

İyulun 16-da Moskva vaxtı ilə saat 11:26-da (Bakı – 10.26) alimlər 14 dəqiqə davam edən M 1.1 sinifli partlayış qeydə alıblar. Partlayış Yerdə kürəsində qısa dalğalı radiorabitənin kəsilməsi ilə müşayiət olunub. 
Moskva vaxtı ilə saat 18:08-də (Bakı 17.08) və 20:46-da (19.46) Günəşdə müvafiq olaraq M 1.8 və M 4.0 sinifli daha iki alışma baş verib.

Qeyd edək ki, Günəşdə partlayışlar gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. 
 

# 3024
avatar

Oxşar yazılar