Ən yaxşı  kamerası olan   telefonlar  –  “iPhone” beşlikdə yoxdur
17 may 2024 00:31 (UTC +04:00)

Ən yaxşı kamerası olan telefonlar – “iPhone” beşlikdə yoxdur

Mütəxəssislər ən yaxşı kameraya malik telefonların siyahısını açıqlayıblar. 

Lent.az xəbər verir ki, siyahıda “iphone” modellərindən heç biri ilk beşlikdə yoxdur. 

Ekspertlər “Huawei Pura70 Ultra” kameralarını ən yaxşı ekspozisiya, rəng və avtofokus üçün yüksək qiymətləndiriblər. Hazırda bu, həvəskar fotoqraflar üçün əsas seçimdir.

Smartfon 163 xal toplayıb ki, bu da əvvəlki lider “Honor Magic 6 Pro”dan 5 xal çoxdur. Onlardan sonra “Huawei Mate Pro 60 Pro+”, “Oppo Find X7 Ultra”, “Huawei P60 Pro” və “iPhone 15 Pro/Pro Max” gəlir.

“Huawei Pura 70 Ultra” artıq Avropada mövcuddur, lakin qiyməti çox yüksəkdir. Bildirilir ki, telefonun qiyməti 1499 avrodan başlayır. Cihaz həmçinin qeyri-adi dizayna və yüksək səviyyəli OLED ekrana malikdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12621
avatar

Sevinc Fərid

Oxşar yazılar