Ən sürətli dörd nəfərlik  avtomobil təqdim olundu
12 iyul 2023 09:28 (UTC +04:00)

Ən sürətli dörd nəfərlik avtomobil təqdim olundu

İsveç brendi “Koenigsegg Gemera” dünyanın ən sürətli dörd nəfərlik avtomobilini təqdim edib.

Lent.az xəbər verir ki, avtomobil 2025-ci ildə satışa çıxarılacaq. Onun qiymətinin iki milyon dollardan başlayacağı bildirilir. Bu yeni avtomobildən sadəcə 300 ədəd istehsal olunacağı deyilir.

“Koenigsegg Gemer” dar fənərləri ilə dəbli dizayna malikdir. Ön bamperdə bir neçə kütləvi hava girişi quraşdırılıb. Arxada isə böyük karbon lifli diffuzor var.

Maraqlısı odur ki, eqzoz boruları birbaşa mühərrik bölməsindən çıxır.

“Koenigsegg Gemera” xüsusi DSHAD yan qapını açma mexanizminə malikdir. Onlar yan tərəfə açılmır, lakin 90 dərəcə yuxarı qalxaraq hamar bir şəkildə irəliləyir.

Salonda bir neçə böyük displey var. Oturacaqların arxa cərgəsi isə ayrıca idarəetmə ekranına sahibdir.

Superkar iki versiyada təqdim olunacaq.

 

# 3381
avatar

Sevinc Fərid

Oxşar yazılar