Elon Mask CO2-nin udulması və saxlanması üzrə ən yaxşı texnologiya konkursunu keçirtmək niyyətindədir.
Lent.az “technote”a istinadən xəbər verir ki, Mask bu texnologiyanın yaradılmasını ən vacb layihələrdən biri hesab edir.
Konkursun qalibi 100 milyon dollar əldə edəcək. Bu məsələ ilə bağlı təfərrüatları Mask gələn həftə verəcək.
Qeyd edək ki, CO2-nin udulması və saxlanması qlobal istilik ilə ətraf mühitin çirklənməsinə qarşı yönəldilmiş mübarizə üsullarından biridir.
Daha öncə Mask bildirib ki, atmosferə CO2-nin iri miqyasda ifraz edilməsi tarixdə ən ağılsız təcrübədir. Qazıntı yanacaq növlərinin sonsuz olmadığını nəzərə alaraq insanlar gec-tez bərpa olunan enerji növlərinə keçid etməli olacaqlar. Bu keçidi tez bir zamanda reallaşdırmaq lazımdır. Əks halda bu, çox ciddi ekoloji problemlərə gətirib çıxara bilər.