Dünyanın maraqlı və fərqli  İNTERNET SAYTLARI
19 may 2021 21:14 (UTC +04:00)

Dünyanın maraqlı və fərqli İNTERNET SAYTLARI

0

Yeni məlumatlar əldə etmək istəyən insan vaxtını daha çox sosial media, internet və maraqlı saytlarda keçirir.

Lent.az bütün sahələr üzrə dünyanın maraqlı saytlarını təqdim edir:

 SuperCook - Mətbəxinizdə olan məhsullarla hazırlaya biləcəyiniz yeməklərin reseptini verir.

Coffitivity - Özünü yalnız hiss edənlər üçün maraqlı bir saytdır. Burada sakitlikdən darıxan insanlara müxtəlif ortamların səsi təqdim edilir.

 

WhatSong - Sevərək izlədiyiniz film və seriallardakı musiqiləri tapmağa yardım edir.

 

HomeStyler - Evinizi yenidən dizayn etməkdə sizin ən böyük yardımçınız olacaq. 

 

Ninite - İnternetdə istədiyiniz proqramları ayrı-ayrılıqda yükləmək üçün istifadə edilə bilər. 

Duolingo- Ödənişsiz xarici dili öyrənmək istəyən insanlar üçün faydalı internet saytıdır.  

Thripy - Dünyanın fərqli şəhərlərinin video görüntüsünü ən keyfiyyətli şəkildə təqdim edir.  

keepmeout - Zamanınızı alan internet saytlarında vaxtınıza nəzarət edəcək. 

Everest Rescue - Bu saytın vaistəsilə 3D görüntü ilə Everest zirvəsinə çıxa bilərsiniz. 

Colorize Photos - Ağ-qara fotoları rəngləmək üçün istifadə oluna bilən internet məkanı.  

Kitapmetre - Almaq istəyəcəyiniz bütün kitabları ən ucuz qiymətə bu saytdan əldə edə bilərsiniz. 

 World Time - 30 ildə dünyanın necə dəyişdiyini izləmək istəyənlər üçün maraqlı saytdır. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7459

Oxşar yazılar