Daxili “ChatGPT” ilə təchiz edilmiş   ilk smartfon istehsal olundu
14 iyun 2023 14:19 (UTC +04:00)

Daxili “ChatGPT” ilə təchiz edilmiş ilk smartfon istehsal olundu

“Infinix Note 30” smartfonu ƏS-ə inteqrasiya olunmuş ChatGPT istehsal edəcək. 

Lent.az xəbər verir ki, çinli smartfon istehsalçısı Infinix əməliyyat sistemi ilə inteqrasiya olunmuş “ChatGPT” chatbotlu cihaz buraxacaq.

Bu barədə öz Twitter hesabında "Ice Universe" ləqəbi ilə tanınmış insayder bildirib.

Mütəxəssisin sözlərinə görə, “Infinix Note 30” smartfonu məşhur chat botu ilə inteqrasiyaya malik olacaq. Gözlənilir ki, ChatGPT qurğuda quraşdırılmış səs köməkçisini əvəz edəcək. Göründüyü kimi, istifadəçi chatbotaa səsli və ya mətnlə sorğu göndərə biləcək.

"Ice Universe", Infinix-in populyar generativ model ilə inteqrasiyanı hansı səviyyədə təşkil edəcəyini hələ bilmədiklərini vurğulayıb. PhoneArena jurnalistlərinin fikrincə, ChatGPT inteqrasiyasına malik smartfon mobil qurğular bazarında “oyun qaydalarını” dəyişdirə biləcək.

Mütəxəssis onu da bildirib ki, Infinix-in yeni qurğusu FHD+ təsvir ölçülü 6,78 düymlük ekran və 120 herts dəstəkli olacaq. Qurğunun 108 meqapiksellik obyektivli kamerası, JBL səs sistemi, sürətli enerji dolduran 5000 milliamper-saatlıq batareyası olacaq. Infinix Note 30 iyunun 14-də elan ediləcək.
 

# 2091
avatar

Sevinc Fərid

Oxşar yazılar