Daha mükəmməl naqilsiz ŞARJ TEXNOLOGİYASI
25 fevral 2021 19:32 (UTC +04:00)

Daha mükəmməl naqilsiz ŞARJ TEXNOLOGİYASI

Keçən ayın sonunda Xiaomi və Motorola şirkətləri özlərinin yeni nəsil naqilsiz şarj texnologiyalarını təqdim etmişdilər. Həmin texnologiya vasitəsilə smartfonu şarj stansiyasının üzərinə qoymadan şarj etmək mümkün idi. 

Lent.az xəbər verir ki, “MWC Shanghai 2021” sərgisində “OPPO” şirkəti tərəfindən daha təkmilləşdirilmiş texnologiya təqdim edilib.

“Wireless Air Charging” adlanan yeni texnologiya smartfona enerjini müəyyən məsafədən ötürür. Yəni, smartfonu əldə tutan zaman şarj rahatlıqla ötürülür. 

Qeyd edək ki, şarj cihazının gücü 7.5 vatt təşkil edir. 
 

# 2562
avatar

Oxşar yazılar