Daha bir qatlana bilən qapaqlı smartfon gəlir
05 iyul 2023 09:26 (UTC +04:00)

Daha bir qatlana bilən qapaqlı smartfon gəlir

1 il yarım bundan öncə Huawei şirkəti Flip form-faktoruna nəzər yetirərək Huawei P50 Pocket adlı qatlana bilən qapaqlı smartfonunu təqdim etmişdi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə smartfonların satışları yaxşı oldu və nəticədə şirkət Huawei Pocket S-i təqdim etdi. Görünür, şirkət Pocket seriyasını inkişaf etdirməyi planlaşdırır. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən şirkət yeni Pocket S üzərində çalışır. Yeni smartfonun Pocket S2 adlanacağı güman edilir.

    İnsayderin sözlərinə əsasən Pocket S2 böyük ölçülü xarici ekran ilə təchiz olunacaq. Çox güman ki, smartfonun arxa kamerası dairəvi deyil, düzbucaqlı formada olacaq. İnsayder bildirib ki, Pocket S2 gözlənildiyindən tez təqdim oluna bilər. Güman olunur ki, yeni qatlana bilən qapaqlı smartfon Mate 60 smartfon seriyası ilə birlikdə təqdim olunacaq. Mate 60 smartfon seriyasının isə sentyabr ayında təqdim olunacağı gözlənilir.

# 2394
avatar

Oxşar yazılar