Çoxdan gözlənilən bu smartfon daha tez təqdim oluna bilər
14 iyun 2023 10:11 (UTC +04:00)

Çoxdan gözlənilən bu smartfon daha tez təqdim oluna bilər

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi aktiv şəkildə Redmi K60 Ultra flaqman smartfonu üzərində çalışır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, sözügedən smartfon ya avqustda ya da sentyabrda təqdim olunacaq. İndi isə insayderlər Redmi K60 Ultra-nın təqdimat müddəti barəsində yeni məlumat veriblər. Görünür, smartfon gözlənildiyindən daha tez təqdim edilə bilər. Beləliklə insayderlərin verdikləri məlumata əsasən Redmi K60 Ultra flaqman smartfonu gələn ay təqdim ediləcək. Bununla yanaşı onlar bildiriblər ki, smartfon MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışacaq və 210 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək.

# 1782
avatar

Oxşar yazılar