Bu yaxınlarda Melbrunda Viktoriya ştatına məxsus olduğunu əks etdirən 1 dövlət nişanı nömrəsindən başqa heç bir işarəsi olmayan qara rəngli “Mercedes (AMG) C43”ə rast gəlinib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu nömrənin ən az 2,5 milyon Avstraliya dolları dəyərində olduğu bildirilir. Bu isə təxminən 1,9 milyon dollar deməkdir.
1 rəqəmli dövlət nömrə nişanı 1932-cı ildə buraxılıb. Bir müddət sonra saxlamaq üçün avtomobil qeydiyyat şöbəsinə göndərilib və 1984-cü ildə hərracda 127 min dollara satılıb. Onun Avstraliyanın Viktoriya ştatında ən bahalı dövlət nömrə nişanı olduğu söylənilir.
Qeyd edək ki, bu dünyada ən bahalı dövlət nömrə nişanı deyil. Məsələn, 2008-ci ildə Əbu-Dabidə 1 rəqmli nömrə nişanı 14 200 000 dollara satılıb.
Ötən illərdə Avstraliyada unikal nömrələr çox sayda maşında olub. Onların arasında Saab 9000 Turbo, Ferrari, Rolls-Royce, HSV SV5000, Porsche 911 Turbo və 911 Carrera, Mercedes E55 AMG və E63 AMG, eləcə də C43 AMG da vardı.