Bu cihazla yalan danışanları  aşkar edirlər - VİDEO
01 iyun 2022 09:45 (UTC +04:00)

Bu cihazla yalan danışanları aşkar edirlər - VİDEO

Amerikanın “Converus” şirkəti “EyeDetect” adlı yeni cihazını təqdim edib. 

Lent.az xəbər verir ki, yeni cihaz insan gözünü skan edərək onun yalan danışıb-danışmadığını 86-88 faiz dəqiqliklə təyin edə bilir. 

Skan testləri 30 dəqiqə, diaqnostik testlər isə 15 dəqiqəyə həyata keçirilir. 

Yeni texnologiyanın əsas istifadə məqsədi narkotik istifadəçilərini, cinayətdə şübhəli bilinən insanları və başqa digər konkret məsələlərdə 15-30 dəqiqə ərzində gözləri sınaqdan keçirərək həqiqəti ortaya çıxarmaqdır. 

Qeyd edək ki, Utah Universitetinin dünya şöhrətli alimləri 2003-cü ildən günümüzə qədər bu yeni cihazın üzərində çalışaraq daha da təkmilləşdiriblər.

Həmin cihazın görüntülərini təqdim edirik:  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4533
avatar

Sevinc Fərid

Oxşar yazılar