Böyük ölçülü planşeti qarşılamağa hazır olun
05 iyul 2023 10:02 (UTC +04:00)

Böyük ölçülü planşeti qarşılamağa hazır olun

 Bir neçə müddət bundan öncə Xiaomi Pad 5 planşet seriyasını təqdim etmişdi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, indi isə şirkət aktiv şəkildə Pad 6 seriyası üzərində çalışmağa başlayıb. Gözləntilərə əsasən seriyaya adi Pad 6 ilə yanaşı həmçinin Pad 6 Pro da daxil olacaq. Lakin verilmiş yeni məlumata əsasən Xiaomi Pad 6 seriyasında daha bir model üzərində çalışır. Söhbət, Xiaomi Pad 6 Max-dan gedir. Planşetin adında Max sözü olduğundan güman etmək olar ki, onun böyük ölçülü gövdəsi olacaq. Bir qayda olaraq planşet böyük ölçülü ekran ilə təchiz olunmalıdır. Gözləntilərə əsasən Xiaomi Pad 6 Max modeli 12 və 14 düym arasında bir ekran ölçüsünü əldə edəcək. Xiaomi Pad 6 planşet seriyasının nə zaman təqdim olunacağı bilinmir.

# 2451
avatar

Oxşar yazılar