Ata və oğul ən sürətli dronu  yaratdılar
06 iyun 2024 18:31 (UTC +04:00)

Ata və oğul ən sürətli dronu yaratdılar

Cənubi Afrikada ata və oğul dünyanın ən sürətli dronunu yaradıblar. O, 804 km/saat sürətlənməyə qadirdir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Qərbi Capedən olan Luke Bell və atası Maykın dediyinə görə, onların modeli “Peregreen 2” adlanır. Pilotsuz uçan aparat 3D çap olunmuş karbon lifindən hazırlanıb, batareya ilə işləyir və pultla təchiz olunub. Mühəndislik şirkətinin mütəxəssisləri də onun hazırlanmasında iştirak ediblər və sınaqlar zamanı yaranan müxtəlif problemləri aradan qaldırıblar.

Mayk əlavə edib ki, onun mühəndislik təcrübəsi var. Məsələn, o, 2010-cu ildə futbol üzrə dünya çempionatının oyunlarına ev sahibliyi edən “Mbombela Stadionu”nun tikintisində iştirak edib. Luke isə müxtəlif platformalarda məzmun yaradır, kameraları və dronları nəzərdən keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5775
avatar

Oxşar yazılar