“Apple” süni intellekti dəstəkləyən iOS 18-i təqdim etdi
16 iyul 2024 03:49 (UTC +04:00)

“Apple” süni intellekti dəstəkləyən iOS 18-i təqdim etdi

“Apple” öz yeni süni intellekti dəstəkləyən xüsusiyyətləri ilə istifadəçilərin işini asanlaşdıracaq iOS 18-i təqdim edib.

Lent.az xəbər verir ki, ağıllı assistant olan “Siri” qabaqcıl kamera imkanları və təhlükəsizlik tədbirləri ilə texnologiya dünyasında böyük maraq doğurub.

Qabaqcıl süni intellekt imkanları ilə təchiz edilmiş iOS 18 avtomatik olaraq foto və video çəkilişləri üçün ən yaxşı parametrləri seçəcək.

Əməliyyat sistemində diqqət çəkən yeniliklərdən biri də istifadəçilərin gündəlik vərdişlərini və üstünlüklərini öyrənən və onlara fərdi təkliflər təqdim edən “Ağıllı köməkçi” funksiyasıdır. Bu funksiya istifadəçilərə mesajlaşmadan tutmuş foto redaktəyə kimi bir çox sahədə kömək edir.

Apple həmçinin yeni versiya ilə “Siri”ni əhəmiyyətli dərəcədə təkmilləşdirib. Süni intellekt tərəfindən dəstəklənən “Siri” daha təbii və səlis danışıq təcrübəsi təqdim edir. Siri istifadəçilərin suallarına daha sürətli və daha dəqiq cavab verir, həmçinin çoxdilli dəstəyi ilə müxtəlif dillərdə effektiv işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579
avatar

Oxşar yazılar