“Apple” şirkəti bu telefonların qiymətini  qaldıracaq
08 iyul 2023 11:26 (UTC +04:00)

“Apple” şirkəti bu telefonların qiymətini qaldıracaq

“Apple” şirkətinin sentyabrda təqdim edəcəyi “iPhone 15 Pro Max” smartfonlarının qiymətini qaldıracağı ehtimal olunur.

Lent.az xəbər verir ki, bu barədə “9to5Mac” saytı məlumat yayıb.

Məlumata görə, yeni flaqmanın qiyməti “iPhone14 Pro Max”dan bahalı olacaq.

Bildirilir ki, yeni cihazın “iPhone 15 Pro”da olmayan unikal xüsusiyyətlərə də sahib olacağı gözlənilir.

“15 Pro Max”ın fərqli xüsusiyyəti yeni böyütmə obyektivi, eləcə də daha təkmilləşdirilmiş kamera sistemi olacaq. 2022-ci ildə buraxılan “iPhone 14 Pro Max” və “14 Pro” modelləri demək olar ki, eyni xüsusiyyətlərə malik idi. Yalnız ekran ölçüsü həmçinin batareya tutumu ilə fərqləniblər.

“Apple” şirkəti “iPhone 15” cihazlarını avqust ayında istehsala buraxacağını açıqlayıb. Şirkət ilin sonuna kimi 84 milyon smartfon buraxmağı planlaşdırır ki, bu da keçən ilin eyni dövründə tədarük edilən “iPhone 14” seriyalı cihazlardan 12 faiz çoxdur.

# 2634
avatar

Sevinc Fərid

Oxşar yazılar