"Apple" çip tədarükündə yaranan problemlərə görə “iPhone 13” istehsalını azaldıb.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, parça təchizatında ekran və simsiz komponentlər təmin edən şirkətlərin yaşadıqları çətinliklər bu plan dəyişikliyində təsirli olub.
Məlumata görə, "Apple" 2021-ci il üçün “iPhone 13” istehsalını 10 milyon ədəd azaldacağını proqnozlaşdırır. "Apple"nın təchizatçıları olan “Broadcom” və “Texas Instruments”in çip istehsal etmək üçün kifayət qədər hissə əldə etməməsi şirkətin istehsal planlarını dəyişdirib.
Qeyd edək ki, "Apple" ekran və ekran komponentlərini “Texas Instruments”dən alır, “Broadcom” isə simsiz texnologiya komponentlərini təchiz edir. “Texas Instruments” çipi, yeni “iPhone 13” dəki OLED ekran komponentlərini təmin edir.