100 dollardan ucuz “5G” dəstəkli smartfon buraxılır
08 iyun 2021 09:34 (UTC +04:00)

100 dollardan ucuz “5G” dəstəkli smartfon buraxılır

“Realme” şirkətinin nümayəndələri “Making 5G Global: Accessibility for All” virtual tədbirində brendin növbəti üç ildə gənclərə beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən 100 milyon smartfon satmaq niyyətində olmasını bəyan ediblər. Söhbət keyfiyyətli kamera və ekrana malik ucuz smartfonlardan gedir.

Lent.az “3DNews” resursuna istinadən yazır ki, tədbirdə “Realme” ilə yanaşı, “Qualcomm”, “GSMA” və “Counterpoint Research” şirkətlərinin nümayəndələri iştirak ediblər. Məlumata görə, istehsalçı tərəfindən 21 bazarda 14 ədəd “5G” smartfon modeli təqdim edilib və 2022-ci ilin əvvəlinədək 50 regionda 20-dən çox modelin təqdimatı planlaşdırılır.

Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün “5G” ilə əlaqədar texnologiya və məhsulların inkişafına 300 milyon dollar investisiyanın yatırılması, eləcə də dünya üzrə 7 yeni elmi tədqiqat mərkəzinin inşası nəzərdə tutulur.

Bu ilin birinci rübündə “5G” smartfonlar bazarının bütün əsas oyunçuları tərəfindən 133,9 milyon ədəd “5G” dəstəkli smartfon tədarük edilib. Cüzi paya malik olan “Realme” isə sürətlə inkişaf etməkdə davam edir. Hazırda şirkətin satışlarında “5G” standartına uyğun qurğuların payı 40 faiz təşkil edir.

Şirkətin prioritet fəaliyyət istiqamətlərindən biri əsas alıcılarının gənclərin olduğu büdcəli seqment üçün nəzərdə tutulan 100 dollardan ucuz “5G” dəstəkli smartfonların hazırlanması və buraxılışıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2871
avatar

Oxşar yazılar