Zorakılığa məruz qalan məktəbli qız  BAKIYA GƏTİRİLDİ
08 aprel 2021 11:28 (UTC +04:00)

Zorakılığa məruz qalan məktəbli qız BAKIYA GƏTİRİLDİ

Neftçala rayonunda 9-cu sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aidiyyəti qurumlarla birgə faktın ətraflı araşdırılması istiqamətində işləri davam etdirir.

Komitədən Lent.az-a verilən məlumata görə, aprelin 6-da qurum nəzdində fəaliyyət göstərən Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloq və sosial işçiləri yenidən Neftçala rayon İcra Hakimiyyəti yanında gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun nümayəndələri, kənd tam orta məktəbinin direktor müavininin və qəsəbə nümayəndəsinin də iştirakı ilə yetkinlik yaşına çatmayan qız və onun anası ilə görüş keçirərək psixososial durum qiymətləndirilib.

Görüş zamanı ananın qızına qarşı qeyri-adekvat davranışı da nəzərə alınaraq, Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində zorakılıq qurbanı olan yeniyetmənin Bakıda müvafiq sığınacağa yerləşdirilməsi təmin edilib. 

Rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri ilə yetkinlik yaşına çatmayanın 2 qardaşının da psixososial durumu yoxlanıldıqdan sonra dövlət himayəsinə alınması ilə bağlı işlər davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4935
avatar

Nigar Adil

Oxşar yazılar