Zığ dairəsi-Hava limanı yolunda zolaqlar üzrə  sürət həddi endirildi
09 mart 2025 22:35 (UTC +04:00)

Zığ dairəsi-Hava limanı yolunda zolaqlar üzrə sürət həddi endirildi

Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Lent.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “dumanlı yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar