Zərdabinin oğlunun məzarı tapıldı-FOTO
06 noyabr 2022 19:41 (UTC +04:00)

Zərdabinin oğlunun məzarı tapıldı-FOTO

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarı tapılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı “Facebook” səhifəsində paylaşım edb.

Qəbir Ankaranın Karşıyaka məzarlığında aşkarlanıb:

“Tapdım. Bir necə ildir ki, axtarışda olduğum milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarını tapdım. Səfvət bəy Məlik Zərdabi Həsən bəyin 3 - cü övladıdır, Qəribsoltan xanımdan öncə doğulub. 1917-ci ilə qədər Riqa Politexnik universitetində oxuyub, sonra təhsilini Almaniyada alıb, yüksək ixtisaslı mühəndis olub. Mühəndis olmasına baxmayaraq, atasının yaradıcılığını davam etdirib. Səfvət Zərdabi 1952-ci ildə Ankarada Azərbaycan Milliyyətcilər Dərnəyinin qurucularından olub , Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mücahiddir. Azərbaycan mühacirət mətbuatının ən yaxşı nümunələrindən olan  "Mücahid " dərgisinin naşiri, baş yazarı, "Türk izi" dərgisinin əsas yazarlarından olub, qələmi yerə qoymayıb. Azərbaycan həsrətilə yaşayıb. Məzarı bilinmirdi. Bir necə il öncə Səfvət bəylə bağlı geniş araşdırmamı "Həsən bəy Zərdabinin varisi" kitabımda ümumiləşdirə bildim. Ölüm tarixini dəqiqləşdirə  bilsəm də harada dəfn olunduğu bilinmirdi. Bəzi mülahizələrə görə, Səfvət bəyin ömrünün sonlarına yaxın Almaniyaya köçdüyü ehtimal olunurdu. Məzar yerini İndi tapdım. Qəbri Ankaranın Karşıyaka məzarlığındadır. Həyat yoldaşı Nəzihə xanımın məzarı ilə qoşadır. Təəssüf ki, Səfvət bəyin başdaşı qırılmış, sinə daşını  əvəzləyən daşlar parçalanmış vəziyyətdədir. Qəbir aşağıya doğru çökür. Üzərində " Azərbaycan əşrəflərindən olan Həsən bəy və Hənifə xanımın oğlu Səfvət Məlik Zərdabi. Ruhuna fatihə. 1898 - 1976 " yazılıb. Məzarın illərlə baxımsız qaldığı aydın görünür. Nə yaxşı ki , məzarlıq məmurları , ətrafda çalışan ustalar köməyimə çatdı. Rasim Yardımsevər adlı qardaşımızla birgə baş daşını bərpa edə bildik, kiçik bir təmir işi apardıq. Səfvət bəyin adını qara boya ilə yenidən bərpa etdik. Amma bununla yekunlaşdırmaq olmaz. Unutmağa mənəvi haqqımız çatmır. Həsən bəyin mətbu yolunu davam etdirən, ömrünü Azərbaycanın İstiqlalının bərpasına həsr edən Səfvət bəyin adı layiq olduğu qədər qiymətləndirilməlidir. Bizim mənəvi atamız Həsən bəy Zərdabinin də ruhu şad olar”.

# 3273
avatar

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10