Zaqatalanın bu çayına sel gəldi - FAKTİKİ HAVA  - VİDEO
08 iyun 2023 11:33 (UTC +04:00)

Zaqatalanın bu çayına sel gəldi - FAKTİKİ HAVA - VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, iyunun 8-i saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı: Qaxda 19 mm, Ceyrançöldə 15 mm, Lerik, Şəkidə 12 mm, Qusar, Gədəbəy 8 mm, Balakən, Şahbuz, Göygöldə 6 mm, Astara, Oğuz, Zaqatala, Naftalan, Quba, Qrız, Mingəçevir, Yevlax, Gəncə, Daşkəsən, Tərtər, Yardımlı, Şəmkir, Ağdam, Qobustan, Şərur, Ordubad, İsmayıllı, Xaltan, Şahdağ, Bərdə, Göyçay, Zərdab, Kürdəmirdə 5 mm-dək olub.

İyunun 8-də saat 8 üçün olan məlumata əsasən Zaqatala rayonunun Talaçay-Zaqatala məntəqəsindən sel keçib.

# 7953
avatar

Oxşar yazılar