Zaqatalada hava kəskin dəyişdi - Dolu düşdü, elektrik enerjisi kəsildi -VİDEO
07 iyun 2024 21:43 (UTC +04:00)

Zaqatalada hava kəskin dəyişdi - Dolu düşdü, elektrik enerjisi kəsildi-VİDEO

Zaqatalada hava kəskin dəyişib. Güclü külək əsir, leysan yağır, bəzi ərazilərə dolu düşüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 19 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində hava şəraiti kəskin dəyişib. Rayon mərkəzinin və ətraf yaşayış məntəqələrinin ərazisində güclü külək əsir, leysan yağır və bəzi ərazilərə qısa müddətli dolu düşüb.

Güclü külək səbəbindən Zaqatala şəhər və bir sıra kəndlərin ərazisində ağaclar aşıb. Dağlıq əraziyə yağan leysan yağışları səbəbindən Tala çayı və rayon daxili bir sıra çaylarda suyun səviyyəsi kəskin artıb.

Rayonun Yuxarı Tala kəndinin bir sıra ərazilərində həyətyanı sahələrinə yağış suları dolub. Hava şəraiti ilə bağlı rayonun 70 faiz ərazisinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3408
avatar

Oxşar yazılar