Yol polisindən piyadalara MÜRACİƏT
26 iyul 2022 15:15 (UTC +04:00)

Yol polisindən piyadalara MÜRACİƏT

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi respublika ərazisində piyada vurma hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini gücləndirib.

 Lent.az xəbər verir ki, DYP bununla bağlı piyadalara müraciət edib. Müraciətdə deyilir:

"Piyadaların diqqətini çatdırırıq ki, küçə və yolları sizin üçün nəzərdə tutulan yerlərdən keçin, nizamlanan və ya nizamlanmayan piyada keçidlərindən istifadə edərkən yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra bilib-bilməyəcəyini nəzərə alın. Məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun. Yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın. Eyni zamanda, ictimai nəqliyyatı gözləyərkən və ya ona minib-düşərkən ehtiyatlı olun. Qəflətən avtomobil yoluna çıxmayın. Yolu keçərkən mobil telefondan, eləcə də ətrafdakı avtomobillərin səsini vaxtında eşitmək üçün qulaqlıqdan istifadə etməyin və ən əsası azyaşlıları yollarda nəzarətsiz qoymayın".

Qeyd: videogörüntü dyp.polisazerbaycan instagram səhifəsində mövcuddur.

# 1782
avatar

Nigar Namiq

Oxşar yazılar