Yevlaxda Qarabağ kanalının bəndi uçdu,  ətraf əraziləri su basdı
04 iyun 2024 18:31 (UTC +04:00)

Yevlaxda Qarabağ kanalının bəndi uçdu, ətraf əraziləri su basdı

Yevlaxda Qarabağ kanalının bəndi uçub, ətraf əraziləri su basıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Qarabağ su kanalının Yevlax rayonunun Kolanı kəndindən keçən hissəsində bəndin bir hissəsi uçub. Nəticədə ətraf ərazilər subasmaya məruz qalıb. Subasma nəticəsində yaxınlıqda olan taxıl və otlaq sahələri su altında qalıb. Qarabağ suvarma kanalı istismar idarəsinin rəisi Şakir İmanov bildirib ki, hazırda ərazidə bənd bərkitmə işləri sürətlə aparılır və axşam saatlarına qədər iş başa çatacaq.

"Qarabağ kanalı 70 ilə yaxındır ki, istismar olunur. Kanal torpaq məcralı olduğuna belə hadisələr baş verir. Səhər saatlarında bizə məlumat verildi ki, kanalda sızma baş verib. Biz dərhal bütün ağır texnikaları və canlı qüvvəni əraziyə cəlb etdik. Mingəçevir su anbarından suyun azaldılması istiqamətində tədbirlərə başladıq. Bəndin bərpa olunması üçün ağır texnikalar vasitəsi ilə hazırda işlər sürətlə aparılır. Su sızması nəticəsində məcrasından çıxan su, kanalın sağ sahilindən kanala paralel keçən kollektorlara dolub. Hazırda sel ötürücü qurğu vasitəsi ilə su ərazidən kənarlaşdırılır. Axşam saatlarına qədər bənd bərkitmə işləri başa çatacaq".

Qurumun rəsmisi onuda deyib ki, məcrasından çıxan su, kanalın mühafizə zolağın aşmayıb. "Yaxınlıqda olan taxıl sahəsinin 20 metr məsafəsinə su dolubdu. Həmin ərazidə Qarabağ kanalının mühafizə zolağıdır. Bizim idarənin balansında olan torpaqdır". Ş.İmanov həmçinin bildirib ki, istismar müddətini başa vuran su kanalı gələn il yenidən qurulacaq. "70 ilə yaxın müddətdir ki, istismar olunan kanalın üzərində hidrotexniki qurğular, səviyyə qaldıran qurğular artıq öz istismar müddətini başa vurubdur. Ona görədə cənab prezidentin sərəncamına əsasən yeni beton üzlüklü yeni kanal tikiləcək. Tikinti işlərinə gələn il start veriləcək. Hal hazırda layhələndirmə işləri aparılır".

Yevlaxda Qarabağ kanalının bəndi uçub, ətraf əraziləri su basıb - FOTO

Yevlaxda Qarabağ kanalının bəndi uçub, ətraf əraziləri su basıb - FOTO

Yevlaxda Qarabağ kanalının bəndi uçub, ətraf əraziləri su basıb - FOTO

Yevlaxda Qarabağ kanalının bəndi uçub, ətraf əraziləri su basıb - FOTO

Yevlaxda Qarabağ kanalının bəndi uçub, ətraf əraziləri su basıb - FOTO

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2373
avatar

Oxşar yazılar