Yerdə orta temperatur 4 dərəcə artarsa... -  XƏBƏRDARLIQ
13 aprel 2021 19:16 (UTC +04:00)

Yerdə orta temperatur 4 dərəcə artarsa... - XƏBƏRDARLIQ

Britaniyalı alimlər Yerdəki orta hava istiliyinin artmasının nəticələrindən danışıblar.
 
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, göstərici 4 dərəcə artarsa, Antarktika dəniz buzlaqlarının 30 faizdən çoxu “qeyri-sabit” olacaq.
 
Bu buz əriməsi və okeanlarda suyun səviyyəsində kəskin bir artım ilə nəticələnəcək. Bənzər bir proses planet sakinlərini fəlakətli daşqınlarla təhdid edir.
 
Redin Universitetinin əməkdaşları qeyd edirlər ki, dəniz buzlaqları mühüm qoruyucu rol oynayır: kontinental buz kütlələrinin dənizlərə keçməsinin qarşısını alır.

Hava istiliyinin kəskin artması ilə dəniz buzlaqları yox olacaq. Nəticədə materik “azad olacaq”.

İlk növbədə Antarktidadakı nəhəng buz kütlələrindən söhbət gedir. Onsuz da bizim dövrümüzdə kiçik Avropa ölkələrinin əraziləri ilə müqayisə oluna bilən buzlaqlar materikdən “qopur”.

Orta hava istiliyi 4 dərəcə yüksəlsə, Antarktika buzunun 30 faizdən çoxu "sınmaq" təhlükəsi ilə üzləşəcək.

Alimlərin proqnozuna görə, analoji proses XXI əsrin sonlarında başlaya bilər. Bunun qarşısını almaq üçün bəşəriyyətin ən azı hazırda müşahidə olunan istilik parametrlərini aşması lazımdır.

Sənayedən əvvəlki dövrlə müqayisədə indi orta temperatur 1,5 dərəcə yüksəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3892

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07