Yeni ştamma yoluxanlar 28 gün heç kimlə əlaqədə olmasın -Həkim AÇIQLADI
30 aprel 2021 15:41 (UTC +04:00)

Yeni ştamma yoluxanlar 28 gün heç kimlə əlaqədə olmasın -Həkim AÇIQLADI

Həkim: "Koronavirusun yeni ştammlarında yoluxuculuq 28 günə qədər davam edir"

"COVID-ə yoluxub evdə müalicə olunan xəstələrdə hərarət davamlı yüksəlirsə, 38 və daha çox temperatur olursa, düşmürsə, bu zaman həkimə müraciət etmək lazımdır. Bu zaman demək ki, iltihab var. Öskürək başlayıbsa, əsasən də quru, boğucu öskürəkdirsə, COVID-in ağciyərləri zədələməsi ilə bağlıdır. Əgər evdə saturasiyanı ölçə bilirsizsə və saturasiya 93-dən aşağı düşürsə, siz bu zaman da həkimə müraciət etməlisiz”.

Lent.az xəbər verir ki, bu fikirləri  Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov "Stasionar şəraitdə COVID-19" mövzusunda çıxışında deyib.

Həkim qeyd edib ki, koronavirusun əvvəlki ştammında yoluxuculuğu 7-12 gün olurdu:

"Yeni ştammlarda isə bu müddət uzanıb. Britaniya ştammı və son vaxtlar aşkarlanan digər ştammlarda yoluxuculuq 28 günə qədər davam edir. Yeni ştamma yoluxan çox xəstələrdə 24-28 gündə yaxma götürüləndə pozitiv çıxır. Tövsiyə edərdim ki, həmin şəxslər 28 gündə heç kimlə kontaktda olmasınlar. Yəni həmin şəxslər digərlərini yoluxdura bilərlər”.

Rauf Qasımov bildirir ki, bu əlamətlər olanda müalicəni xəstəxanada davam etdirmək lazımdır.

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3241

Oxşar yazılar

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

6 iyun 2025 , 14:39
Sabah bu rayonlara qar yağacaq  - PROQNOZ

Sabah bu rayonlara qar yağacaq - PROQNOZ

6 iyun 2025 , 12:07
Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA

Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA

6 iyun 2025 , 10:32
"Qaragenlə görüşməyi özümə yaraşdırmıram"  - Allahşükür Paşazadə

"Qaragenlə görüşməyi özümə yaraşdırmıram" - Allahşükür Paşazadə

6 iyun 2025 , 09:53
Azərbaycanda bayram namazı  qılınır

Azərbaycanda bayram namazı qılınır

6 iyun 2025 , 08:01
Azərbaycanda Qurban bayramı  tətili başladı

Azərbaycanda Qurban bayramı tətili başladı

6 iyun 2025 , 01:16
Azərbaycanda Qurban bayramı  qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

6 iyun 2025 , 01:14
Prezidentdən Qurban bayramı PAYLAŞIMI

Prezidentdən Qurban bayramı PAYLAŞIMI

6 iyun 2025 , 00:17