Yayda maskadan istifadə olunsun? - Həkim və deputatdan  FƏRQLİ AÇIQLAMA
04 may 2021 16:05 (UTC +04:00)

Yayda maskadan istifadə olunsun? - Həkim və deputatdan FƏRQLİ AÇIQLAMA

“Havalar istiləşir. Maska ilə gəzmək doğrudan da çətindir. Ona görə də düşünürəm ki, küçədə maska taxılması qadağası aradan qaldırılsa, çox yaxşı olar”.

Bu fikirləri Lent.az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədri, deputat  Razi Nurullayev bildirib. 

MCP sədri, deputat Razi Nurullayev

O, insanların çox olduğu yerdə könüllü şəkildə bu qaydaya əməl edildiyini vurğulayıb: 

“Vətəndaşlarımız anlayır ki, virusdan qorunmaq lazımdır və onlar özləri-özlərini qoruyur. Onları qorunmağa məcbur etməyin bir əhəmiyyəti qalmayıb. Belə bir halda maska ilə gəzmək insanların nəfəs almasını çətinləşdirir, hətta sağlam qalması üçün müəyyən təhlükə yaradır. Mən bunu özümdə hiss edirəm, görürəm. Açıq havada təmiz hava alıb, oksigen udmaq immuniteti daha gücləndirər, nəinki karbon qazının yenidən oksigen qarışıq ciyərlərə çəkmək”. 

Razi Nurullayev küçələrdə, az adam olan yerlərdə maska taxılmasını ehtiyac görmür: 

“Amma insanların sıx olduğu küçələrdə maska taxılsın. Açıq havada maska taxılması qadağası aradan qaldırılarsa, vətəndaşlar üçün çox gözəl xidmət göstərilmiş olar. Operativ Qərargahdan xahişimiz odur ki, bu məsələni ciddi müzakirə etsin və açıq havada maska taxma qadağasını aradan qaldırsın”. 

Həkim infeksionist İlahə Vəliyevann sözlərinə görə, statistikada yoluxma sayının tədricən azalmasını müşahidə edirik:

Həkim, infeksionist İlahə Vəliyeva

“Bu da artıq vəziyyətin yaxşılığa doğru getdiyini göstərir. Amma bu o demək deyil ki, birdən-birə maskadan istifadə etməməli, sosial məsafə və gigiyeniya qaydalarını unutmalıyıq. Bunların hamısına davamlı şəkildə əməl olunmalıdır. Xüsusən, ictimai nəqliyyatda marketlərdə, qapalı məkanlarda. Yoluxmanın tədricən iki rəqəmliyə düşməsi və insanların əvvəlki həyatına qayıtması üçün bütün bunlar şərtdir”. 

Həkim qeyd edir ki, maska taxılmasından imtina olunmasına hələ çox var:

“Yoluxma hələ ki davam edir. Açıq havada maska o zaman taxılmaz ki, hər kəs tam şəkildə əmin olar ki, ətrafında olan insanlar COVİD-19 virusunun daşıyıcısı deyil. Bunu bilmək isə təbii ki, mümkün deyil. Ona görə hələ də maskadan istifadə olunması məsləhətdir. Uzun müddət eyni maskadan istifadə olunması nəm mühit yaradır. Bu zaman dərialtı sızanaqlar əmələ gəlir. Onda istifadə olunan maskalar tez-tez dəyişdirilməlidir”. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2469
avatar

Nigar Adil

Oxşar yazılar