Xüsusi karantin rejimi uzadıldı - RƏSMİ
19 mart 2021 15:49 (UTC +04:00)

Xüsusi karantin rejimi uzadıldı - RƏSMİ

Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib
Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarı imzalanıb.

Lent.az Nazirlər Kabinetinə istinadən bildirir ki, qərarda aşağıdakılar bildirilir deyilir:
“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”.
Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:
-    2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək; 
-    10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
-    17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək; 
-    24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək; 
-    1 may saat 00:00-dan 3 may saat 06:00-dək; 
-    8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
-    15 may saat 00:00-dan 17 may saat 06:00-dək; 
-    22 may saat 00:00-dan 24 may saat 06:00-dək; 
-    29 may saat 00:00-dan  31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3888
avatar

Oxşar yazılar