Xırdalanda BİABIRÇILIQ:  ağacları maşın yağı ilə qurudurlar -VİDEO  -YENİLƏNİB
24 iyun 2025 13:16 (UTC +04:00)

Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar -VİDEO -YENİLƏNİB

Xəbər verdiyimiz kimi Xırdalanda parkda ağaclardan birinin dibinə maşın yağı tökülməsi ilə bağlı saytımıza şikayət ünvanlanmışdı. 

Lent.az-ın sorğusuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Xırdalan şəhəri ərazisində ağacın dibinə məhlulun tökülməsi ilə bağlı daxil olan şikayət əsasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.

Baxış zamanı ərazidəki şam ağacının dibinə mənşəyi məlum olmayan maddənin töküldüyü faktı təsdiqini tapıb. Maddənin tərkibinin müəyyən olunması məqsədilə ağacın dibindən torpaq nümunələri götürülüb.

Ağacın dibinə maddə tökən şəxsin kimliyinin müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirin görülməsi məqsədilə Abşeron rayon Polis İdarəsinə rəsmi məktubla müraciət olunub”.

***

23 iyun, 14:13

Bakıda parkda ağacın dibinə maşın yağı tökülüb.

Lent.az-a daxil olan şikayətdə bildirilir ki, Xırdalanda yerləşən Heydər Əliyev adına parkda şam ağaclarından birinin dibinə çox miqdarda maşın yaşı boşaldılıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. 

Nazirlikdən bildirildi ki, məsələnin araşdırılması ilə bağlı sözügedən əraziyə araşdırma qrupu göndərilib. Araşdırma yekunlaşdıqdan sonra məlumat veriləcək. 

Qeyd edək ki, meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi, habelə zədələnməsi və ya məhv edilməsi İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən inzibati məsuliyyət yaratmaqla 45 min manatadək cərimə ilə nəticələnə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2482

Oxşar yazılar