Xırdalan xəstəxanasında  İZDİHAM - İnsanlar bir-birinə...
06 sentyabr 2022 17:44 (UTC +04:00)

Xırdalan xəstəxanasında İZDİHAM - İnsanlar bir-birinə...

Xırdalanda yerləşən poliklinikaların birində növbədə gözləyən insanlar arasında narazılıqlar yaranıb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə  bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova Lent.az-a açıqlama verib. 

Onun sözlərinə görə, məktəblərin açılmasına az qalmış sağlamlıq haqqında arayışın tələb olunması xəstəxanalarda sıxlığa səbəb olub:

“Yeni tədris ilinin başlanması ilə əlaqədar ümumtəhsil müəssisələrində valideynlərdən sağlamlıq haqqında arayışlar tələb olunur. Arayışların alınması üçün müraciətlərin çox olması səbəbindən tibb müəssisələrində sıxlıq müşahidə olunur. Hazırda növbə prinsipi əsasında arayışların verilməsi keçirilir".

Qeyd edək ki, daha çox sıxlığın qeydə alındığı Abşeron rayon Mərkəzi Xəstəxanasına 3 qeydiyyatçı, pediatr, nevropatoloq, kardioloq, oftalmoloq, cərrah olmaqla 17 həkim, rentgen və qan kommentləri üzrə isə 7 tibb işçisi 1000-dən çox müraciət üzrə xidmət göstərməkdədir.

 

Şöbə müdiri bununla bağlı valideynlərə çağırış edib:

“Yaranan sıxlıqla bağlı TƏBİB-in idarə heyətinin sədri Vüqar Qurbanov bu gün Abşeron rayon Mərkəzi Xəstəxanasında olub. Xidmətin təşkili ilə yerində maraqlanıb. 

Biz də valideynlərdən müraciətin çox olmasını və arayışların verilməsi üçün uşaqların zəruri tibbi müayinələrdən keçmələrini müəyyən zaman tələb etdiyini nəzərə alaraq məsələyə daha həssas yanaşmalarını və səbirli olmalarını xahiş edirik”.
 

# 6276
avatar

Fidan İlqar

Oxşar yazılar

Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45
Sabah bu yollar  buz bağlayacaq   - HAVA PROQNOZU

Sabah bu yollar buz bağlayacaq - HAVA PROQNOZU

7 dekabr 2022 , 12:20
Nikahdan əvvəl  cinsi əlaqə   cinayət hesab ediləcək

Nikahdan əvvəl cinsi əlaqə cinayət hesab ediləcək

6 dekabr 2022 , 19:57
Normal havada  duman işıqlarını   yandırmaq olar?

Normal havada duman işıqlarını yandırmaq olar?

6 dekabr 2022 , 18:43
Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

6 dekabr 2022 , 17:08
Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar  buz bağlayacaq

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar buz bağlayacaq

6 dekabr 2022 , 13:18
Sabah bu ərazilərə  qar yağacaq   - HAVA PROQNOZU

Sabah bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU

6 dekabr 2022 , 12:24
İlon Mask

İlon Mask Bakıya gəlir?

6 dekabr 2022 , 10:55