Zəlzələ bölgəsində yeni məktəb binalarının açılışı olub
07 yanvar 2013 15:31 (UTC +04:00)

Zəlzələ bölgəsində yeni məktəb binalarının açılışı olub

Zəlzələ bölgəsində yeni məktəb binaları istifadəyə verilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, açılış mərasimlərində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib.

 

Zaqatalanın Danaçı kəndində 500 şagird yerlik yeni məktəb binasının açılışında iştirak edən nazir qeyd edib ki, yenisi ilə əvəz olunan köhnə məktəb binası 1924-cü ildə inşa olunub: “Köhnə məktəbdə şagird yerlərinin sayı da az idi, məktəbdə 250 şagird təhsil ala bilirdi”.

 

K. Heydərov Danaçı kəndində yeni inşa edilən 50 evin açarlarını sakinlərə təqdim edib.

 

Daha sonra K. Heydərovun iştirakı ilə Qax rayonunun Qorağan kəndində 220, Dəymədağlı kəndində isə 120 yerlik yeni məktəb binalarının açılışı olub.

 

Qeyd edək ki, 2012-ci il mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə 3 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən vəsait ayrılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 964
avatar

Oxşar yazılar