İmamdan  SƏRSƏM İDDİA:  “İsrail  cinlərdən casusluq   üçün istifadə edir” -VİDEO
30 sentyabr 2024 18:55 (UTC +04:00)

İmamdan SƏRSƏM İDDİA: “İsrail cinlərdən casusluq üçün istifadə edir” -VİDEO

“İsrail dövləti cinlərdən casusluq kimi istifadə edir”.  

Lent.az xəbər verir ki, bunu livanlı imamlardan biri iddia edib. 

Onun sözlərinə görə, israillilərin gizli ordusuna cinlər də daxildir. Höccətül-islam (Ayətullahla birlikdə şiə dini titullarından biri) Mustafa Kərəmi İsrailin cinlərdən ibarət ordusunu öz xidmətinə verdiyini iddia edir:

“Sionistlərin cinləri əsarət altına alma tarixini nəzərə alsaq, cinlər onların gizli ordusudur və bir çox missiyaları yerinə yetirirlər”.

Bu “sensasiyalı” məlumatın nəyə əsaslandığı isə məlum deyil.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504
avatar

Oxşar yazılar