Yol polisi yay mövsümü ilə bağlı sürücülərə müraciət etdi
13 iyun 2013 14:54 (UTC +04:00)

Yol polisi yay mövsümü ilə bağlı sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi yay mövsümü ilə əlaqədar olaraq sürücülərə və avtomobil sahiblərinə müraciət edib.


 

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, havaların isti keçməsi ilə əlaqədar olaraq Azərbaycanın şimal və cənub rayonlarına istirahət gedənlər və həmçinin rayonlardan paytaxta kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olan sürücülərin sayı getdikcə artır: “Müşahidələr göstərir ki, qeydə alınan yol qəzalarına surət həddinin artırılması, manevr və ötmə qaydalarının pozulması, sərxoş vəziyyətdə avtomobili idarə etmə və yuxusuzluq səbəb olur”.

 

Baş verən yol qəzalarını minimuma endirmək üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə nəqliyyat vasitəsini idarə edərkən diqqətli olmağı, xüsusi ilə spirtli içki içəndən sonra nəqliyyat vasitəsini idarə etməməyi və ümumiyyətlə, sükan arxasına oturmamağı, həmçinin yükdaşıma ilə bağlı qanununun tələbini pozmamağı tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026
avatar

Oxşar yazılar