[b]Xalq şairi Söhrab Tahir dəfn olunub  - <span style="color:red;">YENİLƏNİB [/b]
05 may 2016 15:06 (UTC +04:00)

[b]Xalq şairi Söhrab Tahir dəfn olunub - YENİLƏNİB[/b]

Xalq şairi Söhrab Tahir II Fəxri xiyabanda dəfn olunub.

 

 

APA-nın xəbərinə görə, Təzə Pir məscidində keçirilən vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziriƏbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fitrət Qoca, mərhumun ailə üzvləri və digərlər şəxslər iştirak edib. Xalq yazıçısı Anar və xalq şairi Nəriman Həsənzadə Söhrab Tahirin xidmətlərindən danışaraq onun  vəfatını Azərbaycan ədəbiyyatında itki kimi qiymətləndiriblər.

 

14.07

 

 

Bakı. Cavid Zeynallı – APA. Təzəpir məscidində xalq şairi Söhrab Tahirlə vida mərasimi başa çatıb.

 

APA-nın xəbərinə görə, vida mərasimində baş nazirin müavini, xalq yazıçısıElçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fitrət Qoca, mərhumun ailə üzvləri və digərlər şəxslər iştirak edib. Xalq yazıçısı Anar və xalq şairi Nəriman Həsənzadə Söhrab Tahirin xidmətlərindən danışaraq onun  vəfatını Azərbaycan ədəbiyyatında itki kimi qiymətləndiriblər.

 

Mərhumun cənazəsi dəfn olunmaq üçün II Fəxri Xiyabana aparılıb.

 

Qeyd edək ki, Söhrab Tahir mayın 4-də 90 yaşında dünyasını dəyişib.

 

 

 

 

12:23

 

Təzə Pir məscidində xalq şairi Söhrab Tahirlə vida mərasimi başlayıb.

 

APA-nın məlumatına görə, vida mərasimində xalq şairi Nəriman Həsənzadə, xalq yazıçısı Mövlud Süleymanlı, yazıçı Natiq Rəsulzadə, Mədəniyyət və Turizm Nazirliyinin və Yazıçılar Birliyinin rəsmiləri iştirak edir. Vida mərasimi saat 14.00-dək davam edəcək.

 

Mərhum xalq şairi ll Fəxri Xiyabanda dəfn olunacaq.

 

Qeyd edək ki, Söhrab Tahir mayın 4-də 90 yaşında dünyasını dəyişib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354

Oxşar yazılar