Təşkilat sədri  qətl törədib intihar etdi
23 avqust 2025 19:52 (UTC +04:00)

Təşkilat sədri qətl törədib intihar etdi

Türkiyədə təşkilat sədri qətl törədərək intihar edib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Antalya şəhərinin Kəpəz qəsəbəsində baş verib.

Antalya Şirniyyatçılar Palatasının sədri 54 yaşlı Kerim Üre ilə mağazada 30 yaşlı Hasan Fırat və 32 yaşlı Elif Kılıç arasında münaqişə yaşanıb. Bu zaman Kerim Üre tapança ilə onların ikisini də güllələyib. Xəstəxanaya yerləşdirilən Hasan Fırat orada ölüb.

Hadisədən sonra isə Kerim Üre başqa bir əraziyə gedərək həmin silahla intihar edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar