Vətəndaşlar üçün ASAN xidmətindən yeniliklər
07 yanvar 2013 14:58 (UTC +04:00)

Vətəndaşlar üçün ASAN xidmətindən yeniliklər

2 saylı ASAN xidmət mərkəzi yaxın zamanlarda istifadəyə veriləcək. Lent.az-ın məlumatına görə, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi saytında məlumat yerləşdirilib. Ötən ayın sonunda isə 1 saylı ASAN xidmət mərkəzi istifadəyə verilib.

 

Qeyd edək ki,  Dövlət Agentliyinin saytı artıq fəaliyyətə başlayıb. Saytda “ASAN xidmətlər”, “Onlayn növbə”, “Çağrı” mərkəzi”, “Onlayn əlaqə”, “Faydalı məlumat”, “Özünə xidmət”, “Səyyar xidmətlər”, “E-ASAN”, “Müraciət göndər” və  digər bölmələr fəaliyyət göstərir.  “Müraciət göndər” bölməsi vasitəsilə ölkə vətəndaşları etik davranış qaydalarının pozulması, müvafiq qurumda çalışan şəxslərin qərəzli münasibəti və digər məsələlərlə bağlı şikayət edə biləcəklər.

 

Yanvarın 15-dən “Onlayn növbə” bölməsində isə vətəndaşlar ASAN Xidmət mərkəzlərində göstərilən xidmətlərdən istifadə məqsədilə onlayn növbə tutmaq imkanına malik olacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1368

Oxşar yazılar