Azərbaycan kanalları yanğına görə proqramını dəyişdirdi
19 may 2015 19:15 (UTC +04:00)

Azərbaycan kanalları yanğına görə proqramını dəyişdirdi

Bəzi telekanallarda bu gün baş verən yanğınla bağlı şou xarakterli verilişlərin nümayişi dayandırılıb.

 

Lent.az-ın məlumatına görə, İctimai Televiziya və Radio Yayımları şirkəti Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən dəhşətli yanğın hadisəsi ilə əlaqədar öz proqramına dəyişiklik edib. Belə ki, musiqili və əyləncəli xarakterli verilişlər proqramdan çıxarılıb.

 

Bundan əlavə, Azad Azərbaycan Televiziyası da efir yayımında dəyişiklik edib. Dəyişikliyə əsasən, bu gün saat 19:00-da “Gündəlik” verilişi və şou xarakterli digər proqramlar yayımlanmayacaq. Həmçinin, ANS telekanalında yayımlanan “Maşın  şou” da bu gün efirə getməyəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230

Oxşar yazılar