Sabirabadda baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***
15:55
Sabirabadda gənc oğlan sevgilisini öldürüb.
Lent.az xəbər verir ki, hadisə rayonun Güdəcühür kəndində baş verib.
Kənd sakini 21 yaşlı Seyidrəsul Talıbzadə qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini 16 yaşlı N.Ə.ni öldürərək Kür çayına atıb.
Hadisəni törədən Seyidrəsul Talıbzadə saxlanılıb. Axtarışlar nəticəsində qadının meyiti tapılaraq, sudan çıxarılıb.
Faktla bağlı araşdırma gedir.