İnanılmaz şokoladlı keks RESEPTİ
20 may 2025 17:58 (UTC +04:00)

İnanılmaz şokoladlı keks RESEPTİ

Bilirik ki, təkcə şokolad haqqında düşünmək belə insanların əksəriyyətində ürək döyüntüsünü sürətləndirir və göz bəbəklərini genişləndirir. Məhz buna görə də, müxtəlif şokoladlı desertlər həmişə böyük populyarlıq qazanır. Parlaq tortlar, yumşaq şokoladlı maffinlər və kekslər - insan hər birindən dadmaq istəyir! Şokolad həvəskarları üçün ürəkləri əridəcək sadə və ləzzətli şokoladlı keks resepti təqdim edirik.

Lent.az keks reseptini təqdim edir:

Tərkibi:

1 ədəd yumurta

90 qram şəkər tozu

135 milliltr süd

90 qram kərə yağı

160 qram un

30 qram kakao tozu

8 qram qabartma tozu

75 qram bişirməyə davamlı (termostabill) tünd şokolad (xırda doğranmış)

Hazırlanma qaydası

Yumurtanı şəkərlə çalın. Üzərinə əridilmiş (amma isti olmayan) kərə yağını və südü əlavə edib yaxşıca qarışdırın. Unu, kakaonu və qabartma tozunu ayrıca bir qabda süzərək qarışdırın və sonra yumşaq xəmir əldə olunana qədər qarışdırın.

Doğranmış şokoladı əlavə edib spatula ilə qarışdırın. Xəmiri muffin qəliblərinə 75-80 faiz dolacaq şəkildə paylayın və səthini hamarlayın. Sobanı əvvəlcədən 180°C dərəcədə qızdırın.

Keksləri 20–25 dəqiqə bişirin. Hazır olub-olmadığını kürəcik və ya diş çöpü ilə yoxlaya bilərsiniz - təmiz çıxarsa, bişib deməkdir.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2172

Oxşar yazılar