Bakıda itkin düşən yeniyetmə qız tapılıb.
Lent.az xəbər verir ki, itkin düşən 13 yaşlı Xədicə Mehdiyeva tapılaraq, ailəsinə təhvil verilib.
***
15:53
Bakıda yeniyetmə qız itkin düşüb.
Lent.az xəbər verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yaşayan 13 yaşlı X. Mehdiyeva mayın 18-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun atası polisə müraciətində bildirib.
Araşdırma aparılır.