Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığındakı binalardan birində baş verib.
73 yaşlı İbrahimova Rozaliya Şərifovnanın meyiti yaşadığı evdə tapılıb. Mərhumun hansı səbəblə öldüyü məlum deyil.
Faktla bağlı araşdırma aparılır.