ABŞ-ın Viskonsin ştatında 11 yaşlı uşaq böyük qardaşı tərəfindən təsadüfən güllələnib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Rasin şəhərində baş verib. Polis bölməsinə xəsarət alan yeniyetmə ilə bağlı zəng daxil olub. Yaxınları zərərçəkmişi xəstəxanaya çatdırsalar da, onu xilas edə bilməyiblər. Həkimlər uşağın güllə yarasından öldüyünü təsdiqləyiblər.
Rəsmilərin məlumatına görə, faciə Prospekt küçəsində yerləşən yaşayış binasında baş verib. Polis müəyyən edib ki, yeniyetmə oğlan təsadüfən atəş açaraq, kiçik qardaşını öldürüb. O, saxlanılıb.
Hüquq-mühafizə orqanları hələlik hadisənin təfərrüatlarını açıqlamayıblar. Silahın yeniyetmələrin əlinə necə keçdiyi və hadisədən əvvəl nə olduğu məlum deyil.