ABŞ bu sistemə 175 milyard dollar  xərcləyəcək
21 may 2025 02:03 (UTC +04:00)

ABŞ bu sistemə 175 milyard dollar xərcləyəcək

Yeni Hava Hücumundan Müdafiə Sistemi olan "Qızıl Qübbə" ABŞ-a təxminən 175 milyard dollara başa gələcək.

Lent.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

O həmçinin bu sistemin ikinci prezidentlik dövrü bitmədən istifadəyə verilməsinin gözlənildiyini qeyd edib.

“Hər şey tamamlandıqdan sonra ümumi dəyər olaraq 175 milyard dollarından danışırıq. “Qızıl Qübbə” layihəsi bizim mövcud müdafiə imkanlarımızla inteqrasiya ediləcək və mənim səlahiyyət müddətimin sonuna qədər tam fəaliyyət göstərməlidir”, - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar