Sərgi-müsabiqənin qalibləri mükafatlandırıldı
13 iyun 2013 13:09 (UTC +04:00)

Sərgi-müsabiqənin qalibləri mükafatlandırıldı

Rəssamlıq Akademiyasının sərgi salonunda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Neft Azərbaycanın sərvətidir” adlı sərgi-müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Lent. az -ın məlumatına görə, sərgi-müsabiqə Rəssamlıq Akademiyası və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sərgi barədə geniş məlumat verib. Rektor Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və eyni zamanda, gənclərə diqqət və qayğısından da danışıb.

Daha sonra çıxış edən Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov müsabiqə iştirakçılarını təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb. Tədbirdə həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentləri Xaliq Məmmədov və Süleyman Qasımov da çıxış ediblər.

Qeyd edək ki, tədbirin sonunda qaliblərə mükafatlar təqdim olunub. Mükafatlandırılan gənclər yaradıcılıqlarına verilən yüksək qiymətə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476

Oxşar yazılar