Səfərbərlik Xidmətinin saytı yaradılır
07 yanvar 2013 15:39 (UTC +04:00)

Səfərbərlik Xidmətinin saytı yaradılır

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) İnternet saytı hazırlanır. Xidmətdən Lent.az-a verilən məlumata görə, www.seferberlik.gov.az ünvanında yerləşəcək saytın üzərində hazırda işlər aparılır.

Saytda qurumun fəaliyyəti ilə yanaşı vətəndaşlar üçün zəruri bir sıra informasiyalar yer alacaq. Həmçinin SHÇDX-ə elektron müraciət imkanı yaranacaq.

Qeyd edək Ki, SHÇDX 2012-ci ilin fevral ayında yaradılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7161

Oxşar yazılar