Şənbə günü hava necə olacaq? - PROQNOZ
Aprelin 20-də ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.
Rayonlara gəlincə, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 10-15, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti təşkil edəcək.
Oxşar yazılar

Dayanacaq tapa bilmirəm deyib, müştəridən əlavə pul alırlar - ŞİKAYƏT
16 may 2025 , 00:19
Mayın 20-nə qədər çox şanslı olacaq BÜRCLƏR: Siyahıda kimlər var?
16 may 2025 , 00:02
Sabahın tibbi-meteoroloji PROQNOZU
15 may 2025 , 18:52Böyük dəyişikliklərin astanasında olan 4 BÜRC: Kim yeni həyata hazır olmalıdır?
15 may 2025 , 18:38Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirildi
15 may 2025 , 17:41
Bülənt Ersoyun sərvəti açıqlandı – Mirası onlara bağışlayır
15 may 2025 , 15:36
30-40 min manata tikilən EVLƏR - Təbii fəlakətdən qaçış yoxdur
15 may 2025 , 14:26